http://www.bbcazeri.com

20 Noyabr, 2008 - Published 11:21 GMT

Tənəzzül qorxusu bazarlara zərbə endirir

Əsas narahatlıq tənəzzülün miqyası ilə bağlıdır.

Dünya iqtisadiyyatının uzunmüddətli tənəzzülə daxil olması qorxuları önündə Avropa və Asiya birjalarında qiymətlərin kəskin surətdə aşağı düşməsi qeydə alınıb.

Hyu-York birjalarında son 5 ildə ilk dəfə olaraq səhmlərin Dow Jones indeksi ən aşağı səviyyəyə düşüb.

Londonda FTSE 100 indeksi ilkin alqı-satqı əməliyyatlarında 1.6% aşağı düşüb. Almaniya və Fransada da birjalarda qiymətlər aşağı düşüb.

Asiyada Nikkei indeksi 6.8%, Honq Konqda yerli indeks 4% faizdən çox aşağı düşüb.