19 Noyabr, 2008 - Published 12:24 GMT
Rusiyalı jurnalist Anna Politkovskayanın qətlində iştirakda ittiham edilən üç nəfərin məhkəmə işi bağlı qapılar arxasında keçiriləcək.
Daha öncə məhkəmənin ictimaiyyət qarşısında keçiriləcəyi barədə qərar çıxarılmışdı.
Xanım Politkovskayanın ailəsinin vəkillərinə əsasən hakim onlara deyib ki, andlılar məhkəməsinin üzvləri Moskva məhkəməsinə müxbirlərin qarşısında çıxmaqdan qorxurlar.
Hər iki tərəfi təmsil edən vəkillər bundan məyus olduqlarını bildiriblər.
Kremlin Çeçenistandakı müharibəsini sərt tənqid edən xanım Politkovskaya 2006-cı ilin oktyabr ayında evinin girəcəyində qətlə yetirilib.