http://www.bbcazeri.com

13 Noyabr, 2008 - Published 11:14 GMT

Rusiya raketlərlə bağlı planları ləğv etməyə hazırdır...

Rusiya prezidenti Dmitri Medvedev deyib ki, adi raketlərin iki NATO ölkəsi arasındakı ərazidə yerləşdirilməsi planlarını ləğv etməyə hazırdır.

Amma bir şərtlə ki, Vaşinqton da mərkəzi Avropada raketdən müdafiə sipəri ilə bağlı təkliflərindən vaz keçməlidir.

Televiziya ilə yayımlanan müsahibəsi zamanı prezident Medvedev deyib ki, onun təbirincə desək, sıfır variantını müzakirə etməyə hazırdır.

Ötən həftə cənab Medvedev bildirib ki, Amerikanın Polşada raketlər yerləşdirmək planlarına cavab olaraq Rusiya da Kalininqradda raketlər yerləşdirəcək.

Bu barədə elan Barak Obamanın seçilməsinə təsadüf edib.

Vaşinqton deyir ki, sipər, onun təbirincə desək, şər ölkələrdən olan təhlükənin qarşısını almaq üçündür və bu, Rusiya əleyhinə nəzərdə tutulmayıb.