Hindistanın Daxili İşlər naziri Şivrac Patil Mumbay hadisələrinə görə istefa verib.
O, 170 adamın həlak olduğu bu hadisələrə görə mənəvi məsüliyyət daşıdığını deyib.
Ölkənin Milli Təhlükəsizlik müşaviri M.K. Narayanan həmçinin istefa ərizəsini təqdim edib.
Daxili İşlər nazirinin müavini Şakil Əhməd BBC radiosuna müsahibədə deyib ki, hücum edənlərin, demək olar ki, hamısı pakistanlı
idi və onlar Pakistandakı adada təlim alıblar.
Hindistanın baş naziri Manmohan Sinqx terrorizmə qarşı yeni tədbirləri müzakirə etmək üçün bütün partiyaların iştirakı ilə
toplantıya çağırıb.
O deyib ki, Mumbay hadisələrinin qarşısını almaq üçün federal hakimiyyət və Maharaştra vilayətinin hakim dairələri arasında
kifayət qədər koordinasiya olmamaışdır.
|