 |
|
| Çətənə |
İsveşrədə heroinin bu narkotik maddəyə aludə olanlara həkim tərəfindən yazıla bilib-bilməməsinə dair referendum keçirilir.
Referendumda, 14 il bundan əvvəl Sürixdə təqdim olunan sınaq layihənin rəsmi səhiyyə siyasəti olub-olmayacağına dair qərar
verilməlidir.
Əhali həmçinin çətənədən istifadə edilməsinə icazə verilib-verilməməsinə səs verməlidirlər.
Bu təkliflərin əleyhdarları deyirlər ki, heroinin həkim tərəfindən yazılması gənclərə mənfi ismarıc göndərir, yəni, gəncləri
bu narkotik maddələrə sövq edir və elə narkotiklərə aludə olanların özləri üçün zərərlidir.
Lakin hakimiyyət deyir ki, sınaq proqram tətbiq ediləndən bəri heroindən istifadə edənlər tərəfindən törədilən cinayətlərin
sayı azalıb.
|