BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 29 Noyabr, 2008 - Published 16:36 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Türkmənistanda Nabucco müzakirə edilə bilər
 
Berdımuhamedov
Prezident Berdımuhamedov
Anadolu agentliyinin məlumatına görə, Türkiyə prezidenti Abdulla Gül bu gün Türkmənistana yola düşüb. Dünən isə, xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev Türkmənistana səfərə gəlmişdi.

AzərTAc isə xəbər verir ki, bu gün Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin 3-tərəfli görüşü keçirilib.

Agentliyə əsasən, Prezident Qurbanqulu Berdiməhəmmədov qonaqlara, Türkmənistana səfərə gəldiklərinə görə, təşəkkürünü bildirib.

Türkiyə Prezidenti Abdullah Gül, 3 ölkə arasında əlaqələrin yüksək səviyydə olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə çıxışında deyib ki, " 3 qardaş ölkə prezidentlərinin 3-tərəfli görüşü ilk dəfədir ki, keçirilir".

İlham Əliyev bu görüşə "çox böyük əhəmiyyət" verdiyini vurğulayıb.

O, "görüş nəticələrinin uğurlu olacağına" əmin olduğunu vurğulayıb.

Bu arada, Türkmənistanın "Altyn Asyr" telekanalı bildirib ki, "prezidentlər görüş zamanı əməkdaşlığın yeni formatını müzakirə ediblər".

Telekanal vurğulayıb ki, "bu əməkdaşlıq regionda sülhün, sabitliyin və təhlükəsizliyin mühüm amili rolunu oynayacaq".

Rusiyanın -İTAR-TASS agentliyinə görə isə, Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri arasında 3-tərəfli müzakirələr sabah da davam etdiriləcək.

Expertlərə görə, 3-tərəfli sammitin gündəliyinin əsas məsələlərindən biri də, bu ölkələrin NABUCCO beynəlxalq qaz layihəsi çərçivəsində əməkdaşlığının perspektivləriylə bağlı ola bilər.

Xatırladaq ki Türkmənistan prezidenti bu ilin ortalarında Azərbaycanda rəsmi səfərdə olmuşdu.

Tərəflər arasında Xəzərin hüquqi statusuna dair məsləhətləşmələr davam etdirilir.

2 ölkə arasında ticarət dövriyəsi hazırda təxminən yarım milyard dollar təşkil edir.

Türkmənistandan Azərbayana yanacaq, toxuculuq sənayesi malları, kimya, kənd təsərüffatı məhsulları ixrac edilir.

Azərbaycandan isə Türkmənistan ərzaq, metal, yüngül sənaye məhsulları, avadanlıq, mexanizmlər və digər təsərüffat malları idaxl edir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik