BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 28 Noyabr, 2008 - Published 15:25 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Saakaşvili ABŞ-dan hücuma icazə istəmədiyini deyib
 
M.Saakaşvili
M. Saakaşvili ABŞ-dan "yaşıl işıq" istəmədiyini deyib
Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyaya hücum etmək üçün Amerikadan icazə almaq istədiyini inkar edib.

Münaqişəyə dair parlament komissiyasına ifadə verən Saakaşvili həmçinin hücuma aylarla öncə hazırlığa başlanıldığını da təkzib edib.

O deyib ki, gürcü kəndləri c.osetinlərin atəşinə tutularkən, artıq rus tankları bölgəyə daxil olmağa başlamışdılar.

"Belə bir vəziyyətdə, əgər siz məndən soruşsanız ki, Gürcüstan bu atəş nöqtələrinə qarşı tədbir görməliydi ya yox, mən buna "bəli" cavabını verərdim."

Bu həftənin əvvəlində, Gürcüstanın Moskvadakı sabiq səfiri Erosi Kitsmarişvili demişdi ki, Gürcüstan Vaşinqtonun ona hücum üçün icazə verdiyini hesab etmişdi.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik