BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 25 Noyabr, 2008 - Published 08:54 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Xeyriyyə fondunun liderləri məhkəməyə çıxarılıblar
 
Həməs yaraqlıları
Həməs ABŞ-da terrorçu qruplar siyahısına daxil edilib
Vaxtilə ABŞ-da ən iri olan müsəlman xeyriyyə fondunun liderləri Fələstin Həməs qrupunu maliyyələşdirməkdə günahkar biliniblər.

Bunun Amerika tarixində terrorizmin maliyyələşdirilməsi ilə bağlı ən böyük məhkəmə işi olduğu deyilir.

Hazırda fəaliyyətini dayandırmış Holy Land Foundation for Relief and Development təşkilatı Həməsin nəzarətində olan xeyriyyə fondlarına 12 milyon dollardan çox vəsait ayırmaqda günahlandırılıb.

Həməs ABŞ-da terrorçu qruplar siyahısına daxil edilib.

Təşkilatın vəkili BBC-yə deyib ki, xeyriyyə fondu qanun çərçivəsində fəaliyyət göstərib və Fələstindəki məktəblərə, xəstəxanalara, sosial xeyriyyə proqramlarına lazım olan yardımı göstərib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik