BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 22 Noyabr, 2008 - Published 12:55 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya Ukraynaya qaz təchizatını kəsəcəyini bildirib
 
Rusiyanın Qazprom dövlət qaz şirkəti bildirib ki, Ukrayna qaz təchizatlarına görə Rusiyaya olan borclarını ödəməsə, yeni ildə bu ölkəyə qaz təchizatını dayandıracaq.

Moskva Ukraynanın Rusiyaya 2.4 milyard dollar borclu olduğunu deyir.

Qazpromun sözçüsü Sergey Kupriyanov deyib ki, müqavilə olmadan şirkət yeni ildən qaz təchizatlarını davam etdirməyəcək.

İnterfaks xəbərlər agentliyinə müsahibədə Kupriyanov bunları deyib:

 Biz belə bir ssenarini istəmirik. Yeni ilə kimi razılıq əldə etmək istərdik. Amma müqaviləsiz qaz nəql edə bilmərik.
 
Sergey Kupriyanov, Qazprom

"Biz bu ssenarini istəmirik. Yeni ilə kimi razılıq əldə etmək istərdik. Amma müqaviləsiz qaz nəql edə bilmərik."

Sergey Kupriyanovun dediyinə görə, danışıqlara mane olan, Ukraynanın Rusiyaya böyük borcu olmasıdır.

İki gün əvvəl Rusiya prezidenti Dmitriy Medvedev Ukraynadan 2.4 milyard dollarlıq borcunu ödəməyi tələb etmişdi.

Ukrayna bildirir ki, ölkənin Rusiyaya borçu 1.25 milyard dollara qədər təşkil edir və bu məbləği də Ukrayna Qazproma yox, vasitəçi şirkət olan RosUkrEnerqo-ya borcludur.

2006-cı ilin yanvar ayında Rusiya Ukraynaya qaz təchizatlarını dayandıracağı barədə hədələrinə əməl edərək Mərkəzi Avropaya qaz axınını kəsmişdir.

Bu il isə Rusiya, Ukraynanın daha baha rus qazına görə ödəniş etmədiyini səbəb göstərərək qaz təchizatlarını yarıya qədər azaltmışdır.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik