BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 21 Noyabr, 2008 - Published 13:15 GMT
 
Dostunuza göndərin   Çap versiyası
İraq: şiələr İraq-Amerika razılaşmasına qarşı nümayiş keçirib
 
İraqda Amerika əleyhdarı olan şiə din xadimi Möqtəda Əs-Sədrin bir neçə min davamçısı İraq hökumətinin Amerika ilə imzalamağa hazırlaşdığı təhlükəsizlik razılaşmasına etiraz bildirmək üçün paytaxt Bağdadın mərkəzində nümayiş keçiriblər.

Əllərində yaşıl şiə şuarları və İraq bayraqlarını daşıyan nümayişçilər Amerika qüvvələrinin 5 il bundan əvvəl Səddam Hüseynin heykəlini sökdüyü meydana toplaşmışlar.

Onlar "Sövdələşməyə yox!", "Amerikaya - ölüm!" kimi şuarlar qışqırırdılar. Nümayişdən sonra sünnilərlə birgə namaz ibadəti keçirildi.

Yüzlərlə İraqlı əsgər və polis nəfərləri nümayişçiləri hararətlə salamladılar. Polis və əsgərlər intiharçıların meydana daxil olmasına yol verməmək üçün hamını yoxlayırdıalr.

Mğqtəda Əs-Sədrin özü nümayişdə içtirak etmədi. Onun hələ də İranda olduğu zənn olunur.

Müxbirlərin dediyinə görə, bugünkü aksiya ilə o sanki belə bir ismarıc göndərmək istəyir ki, o, hələ də bir siyasi qüvvədir və bu qüvvə ilə hesablaşmamaq olmaz.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik