|
"Amerika Birləşmiş Ştatları qlobal dominantlığını itirəcək"
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Hesabatda deyilir ki, Çin, Hindistan və Rusiya Amerikanın qlobal dominantlığını sual altına qoyacaq və Birləşmiş Ştatlar "bərabər ölkələr sırasında birinci ölkə" olacaq. Hesabatda həmçinin deyilir ki, İranın beynəlxalq meydanda rolu xeyli artacaq, lakin bir şərtlə ki, bu ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirilsin. Hesabatda növbəti 20 il ərzində aparıcı ölkələr kimi islam dünyasından 3 ölkə müəyyən edilib - İran, Türkiyə və İndoneziya. Sənəddə deyilir ki, Tehran, siyasi islahatlara başlamalıdır, bu isə, öz növbəsində, iqtisadi irəliləyişə gətirəcək. Şuranın dediyinə görə, iqtisadi tərəqqi İranın ali təhsilli və dünyavi baxışlara malik olan orta təbəqəsinin ön plana çıxması sayəsində mümkün olacaq. Hesabata görə, bu islahatlar eləcə də İranın beynəlxalq imicini dəyişəcək. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||