BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 19 Noyabr, 2008 - Published 00:10 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya Duması Prezidentin təkilflərini müzakirə edir
 
Dmitri Medvedyev
Prezident Medvedev bir daha öz təkliflərinin əsaslandırılmasıyla çıxış edib.
Bu gün Rusiya Dövlət Dumasının ölkə konstitusiyasına dəyişiklilər haqda qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəyi gözlənilir.

Sözügedən dəyişikliklər Prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə kimi, Dumanın səlahiyyət müddətini isə 4 ildən 5 ilə kimi uzadılmasını nəzərdə tutur.

Müşahidəçilərin zənnincə, Rusiya hakimiyyəti konstitusion dəyişiklilərin kifayət qədər qəliz proseduruna baxmayaraq onları tezliklə qanun şəklinə salmaq istəyir.

Dövlət Duması prezident və Dumanın səlahiyyət müddətlərini uzadan konstitusion dəyişiklikləri ötən cümə nəhəng səs çoxluğuyla təsdiq etmişdi.

300 səs yerinə dəyişiklilərə 388 deputat səs vermişdi.

Hazırkı ikinci oxunuşa da konstitusion çoxluq lazımdır, ancaq hakim partiya "Vahid Rusiya" Dumada 315 səsə malikdir və bu baxımdan əksər müşahidəçilərə görə işin təsdiqi problemsiz keçəcək.

Maraqlıdır ki, konstitusion dəyişiklilərlə bağlı Duma deputatları bir sıra öz dəyişiklilərini veriblər.

Məsələn, təkliflərdən biri prezidentin səlahiyyət müddətinin 6 il yox, 7 ilə kimi uzadılmasıdır. Konstitusion dəyişiklilərlə bağlı birinci oxunuşda yeganə "yox" demiş fraksiya kommunistlərdən Viktor İlyuxin isə təklif edir ki, 6 illik hakimiyyət dövrü təsbit olunsun, ancaq Prezidentin 2 dəfə deyil, 1 dəfə seçilmək hüququ olsun.

Bununla belə hakim partiyada göstərirlər ki, dəyişiklilər ancaq Prezidentin təklif etdiyi redaksiyada qəbul olunmalıdır.

Bu arada Prezident Medvedev bir daha öz təkliflərinin əsaslandırılmasıyla çıxış edib:

"Bizim dövlət və cəmiyyətimizin hazırkı inkişaf mərhələsinə Prezidentin daha uzun hakimiyyət müddətinə malik olması daha uyğundur. Bu 5 il, 6 il, 7 il ola bilər. Bu indi ölkənin, hakimiyyətin nüfuzunun möhkəmləndirilməsinə yararlı ola bilər, ancaq bu o demək deyil ki, bu həmişəlikdir. 20,30, 40 ildən sonra məsələnin yenidən baxılması ehtiyacı olsa bunu etmək lazımdır".

Bu arada əksər şərhçilərin zənnincə, dəyişikliklər Rusiyada növbədənkənar prezident seçkiləri və Vladimir Putinin Prezident vəzifəsinə qaytarılması üçün edilir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik