BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 19 Noyabr, 2008 - Published 12:24 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Məhkəmə bağlı qapılar arxasında olacaq
 
Anna Politkovskaya
Politkovskaya 2006-cı ilin oktyabr ayında evinin girəcəyində qətlə yetirilib
Rusiyalı jurnalist Anna Politkovskayanın qətlində iştirakda ittiham edilən üç nəfərin məhkəmə işi bağlı qapılar arxasında keçiriləcək.

Daha öncə məhkəmənin ictimaiyyət qarşısında keçiriləcəyi barədə qərar çıxarılmışdı.

Xanım Politkovskayanın ailəsinin vəkillərinə əsasən hakim onlara deyib ki, andlılar məhkəməsinin üzvləri Moskva məhkəməsinə müxbirlərin qarşısında çıxmaqdan qorxurlar.

Hər iki tərəfi təmsil edən vəkillər bundan məyus olduqlarını bildiriblər.

Kremlin Çeçenistandakı müharibəsini sərt tənqid edən xanım Politkovskaya 2006-cı ilin oktyabr ayında evinin girəcəyində qətlə yetirilib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik