|
Jurnalistin qətli ilə bağlı məhkəmə başlayıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Moskvada "Novaya Qazeta" məcmuəsinin icmalçısı Anna Politkovskayanın qətli ilə bağlı iş üzrə məhkəmə başlayıb.
Qətl hadisəsi ilə bağlı üç nəfər məhkəməyə çıxarılıb. Moskvanın hərbi məhkəməsinin ilk qərarı, çox guman ki, Politkovskayanın tərəfdarlarını məmnun edəcək - məhkəmə dinləmələri açıq keçiriləcək. Dövlət ittihamçıları bundan əvvəl məhkəmənin qapalı şəkildə keçməsinə çalışırdılar. Onlar deyirdilər ki, açıq dinləmələr dövlət sirrlərinin açılmasına gətirib çıxara bilər. Müttəhimlər arasında bir nəfər keçmiş polis zabiti Sergey Hacikurbanov, və Cəbrayıl və İbrahim Mahmudov qardaşları var. Onlar qətldə əli olduqlarında ittiham edilirlər. Lakin bu qətli sifariş edən və yaxud edənlər hələ də axtarışda qalır. İlk iclasda əsasən, protokol-prosessual məsələlərin müzakirə ediləcəyi gözlənilir. Anna Politkovskaya 2006 il oktyabrın 7-ndə Moskvada yaşadığı evin girəcəyində odlu silahdan qətlə yetirilmişdi. Bu cinayətin sifarişli qətl olduğu deyilir. Anna Politkovskaya Çeçenistanda insan hüquqlarının kütləvi halda pozulması hallarından yazırdı. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||