|
Obamanın kadr seçimi sorğu-sual yaradıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Amerikada prezidentliyə seçilmiş Barak Obama bütün kampaniyası boyunca Vaşinqtonun iş tərzini dəyişəcəyini vəd etmişdi.
İndi bu vədin nədən ibarət olduğunu görürünür. Amerikanın yeni administrasiyanda post tutmaq üçün seçilmiş adamlar cənab Obamanın müşavirlərinin hazırladıqları uzun sorğulara cavab verməlidirlər. Lakin cənab Obamanın tənqidçiləri bildiriblər ki, bu kimisə potensialını açmaqdan daha çox, adamlar üzərində nəzarəti artırmağa bənzəyir. Prezident Obamanın hakimiyyətdə olacağı dövrdə federal hökümətdə iş tapmaq asan məsələ olmayacaq. Yüksək vəzifələrə sahib olmaq istəyənlər 10 illik dövrü əhatə edən və 63 sualdan ibarət olan 7 səhifəlik anket doldurmalı olacaqlar. Misal üçün, ilk sualda təkcə CV, yəni təcümeyi hal və iş stajı deyil, ümumiyyətlə, son 10 il ərzində namizədin iş üçün müraciət etdiyi barədə təfsilatlı məlumatın təqdim edilməsini tələb edir. Bundan başqa iş yeri axtaranlar 1998-ci ildən bəri birgə yaşadıqları şəxslərin adlarını, məvacib aldıqları fəaliyyət növləri, 10 min dollardan yuxarı kreditlər, habelə saxladıqları dayələr, qulluqçular və bağbanlarının immiqrasiya statusu barədə ətraflı məlumatı sənədlərinə daxil etməlidirlər. Bununla yanaşı onlar həmçinin ailə üzvlərinin odlu silaha malik olub-olmadığını deməli, internet səhifələrində hər hansı facebook və ya fərdi sütünun internet ünvanı ilə yanaşı mümkün utandırıcı məzmunlu elektron məktublarını da açmalıdırlar. Bu, yeni seçilmiş prezidentin köməkçi komandasının işləyib-hazırladığı ən təfərrüatlı və ətraflı anketdir. Lakin Barak Obamanın yardımçıları bu anketə haqq qazandıraraq deyirlər ki, bu, yeni administrasiyanı korrupsiyadan və müxtəlif lobbiçi qrupların təsirindən kənar qoymalıdır. Barak Obamanın sözçüsü Stefani Katter söz verib ki, rəsmi Vaşinqtonun fəaliyyət üsulunu dəyişdirəcək. Yeni iş anketi digər prezident komandalarında baş verən qalmaqallar risqini azalda bilər. Amma onun gerçək məqsədləri barədə müəyyən suallar da ortaya çıxa bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||