BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Noyabr, 2008 - Published 11:14 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Rusiya raketlərlə bağlı planları ləğv etməyə hazırdır...
 
Rusiyanın xəritəsi
Ötən həftə cənab Medvedev bildirib ki, Amerikanın Polşada raketlər yerləşdirmək planlarına cavab olaraq Rusiya da Kalininqradda raketlər yerləşdirəcək
Rusiya prezidenti Dmitri Medvedev deyib ki, adi raketlərin iki NATO ölkəsi arasındakı ərazidə yerləşdirilməsi planlarını ləğv etməyə hazırdır.

Amma bir şərtlə ki, Vaşinqton da mərkəzi Avropada raketdən müdafiə sipəri ilə bağlı təkliflərindən vaz keçməlidir.

Televiziya ilə yayımlanan müsahibəsi zamanı prezident Medvedev deyib ki, onun təbirincə desək, sıfır variantını müzakirə etməyə hazırdır.

Ötən həftə cənab Medvedev bildirib ki, Amerikanın Polşada raketlər yerləşdirmək planlarına cavab olaraq Rusiya da Kalininqradda raketlər yerləşdirəcək.

Bu barədə elan Barak Obamanın seçilməsinə təsadüf edib.

Vaşinqton deyir ki, sipər, onun təbirincə desək, şər ölkələrdən olan təhlükənin qarşısını almaq üçündür və bu, Rusiya əleyhinə nəzərdə tutulmayıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik