BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Noyabr, 2008 - Published 12:35 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Əli Babacan Bakıya səfər edəcək
 
Qafqazın xəritəsi
Türkiyənin xarici işlər naziri Əli Babacan Ermənistan-Azərbaycan münaqişəsnin çözümü çərçivəsində yaxın zamanlarda Bakıya səfər edəcək.

Ermənistan xarici işlər nazirinin isə Ankara ziyarəti planlaşdırılır. Bunu keçirdiyi mətbuat konfransında Əli Bacan deyib.

Elə bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan paytaxtında təmaslar aparıblar.

Rəsmi Ankaranın Qarabağ münaqişəsinin çözmündə artan diplomatk səyləri bu gün Azərbaycan paytaxtında aparıcı mövzulardandır.

Enerji sammitində iştirak etmək üçün bu gün Bakıya gələn Türkiyə prezidenti Abdulla Gülün azərbaycanlı həmkarı ilə görüşündə əsas mövzularından biri də Qarabağ münaiqşəsindən çıxış yolların olaçağı deyilir.

Görünür bütün bunların təfsilatlarını müzakirə etmək üçün Türkiyə xarici işlər naziri yaxın zamanlarda Bakıya gələcək.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyir ki, "Ankaranın gözləməyə çox vaxtı yoxdur".

Türklərin diplomatik fəallığından əsas vasitəçilər olan Minsk qrupu həmsədrləri razılıq edir. Bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilən amerikalı, rusiyalı və fransalı həmsədrlər hesab edirlər ki, bu, danışıqlara əlavə stimul verəcək.

Fransalı diplomat Bernar Fasye deyib ki, Ankaranın fəallığı, onun təbirincə, yeni iqlim yaradır. Bakıdakı təmaslarda isə həmsədrlər Qarabağ münaqişəsinin cari durumunu və həlli perspektivləri barədə fikir mübadiləsi ediblər.

Həmsədrlər habelə cari ilin sonuna kimi Əliyev-Sarkisyan görüşünün baş tutacağını da istisna etməyiblər. Bakıdan sonra vasitəçilərin Yerevana və Qarabağa yola düşəçəkləri gözlənilir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik