13 Oktyabr, 2008 - Published 13:12 GMT
Avropa İttifaqı Belarusla siyasi dialoqa başlamaq yolunda addım atıb. Bu, Avropanın Belarusla yüksək səviyyəli əlaqələri qadağan etməsindən və Avropanın "son diktaturasına" sanksiyalar qoyduqdan sonra atılmış ilk addımıardır.
Aİ-nin xarici işlər üzrə komissarı Benito Ferrero Uoldner Belarusun xarici işlər naziri Sergey Martınov ilə danışıqlardan sonra, prezident Lukaşenko daxil olmaqla 40-a yaxın Belarus rəsmisi üzərində olan viza məhdudiyyətləri ləğv olunub
Avropa İttifaqının bu qərarı onu göstərir ki, 4 illik siyasi təcriddən sonra, İttifaq Belarusla soyuq münasibətlərdən çıxmaq istəyir.
Buzların əriməsi bu yayda Belarusun 3 siyasi məhbusu azad etməsilə başladı. Belarus həm də Gürcüstan məsələsində Rusiyanı dəstəkləmədi. Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımadı.
Bəzi İttifaq ölkələri qadağanını aradan qaldırılmasını prezident Aleksandr Lukaşenkoya aid edilməməsini istyəridilər.
İsveçin xarici işlər naziri Karl Bildt deyib ki, ötən ay keçirilən parlament seçkiləri həmişəki kimi ədalətsiz olub. Parlamentdə yerlərin çoxunu prezidentə loyal siyasətçilər tutub.
Ancaq Rusiya öz keçmiş imperiyası məkanında nüfuzunu artırmağa çalışarkən, çoxları hiss edir ki, Avropa İttifaqının imkanları azdır və şərq qonşuları ilə əlaqələri möhkəmləndirmək böyük əhəmiyyət kəsb etməkdədir.
Hətta onlarda demokratik inkişaf axsasa və ya heç yeriməsə belə.