http://www.bbcazeri.com

10 Oktyabr, 2008 - Published 13:00 GMT

Serbiya Makedoniyanın Belqraddakı səfirini xaric edib

Buna səbəb sabiq Yuqoslaviya vilayətinin Kosovonun Serbiyadan müstəqilliyini tanıması qərarı olub.

Serbiya eyni addımı Çernoqoryenin də səfirinə qarşı atıb.

Serbiya prezidenti Boris Tadic Kosovonun tanınmasını səhv addım kimi təsvir edərək bunun beynəlxalq qanunlar əleyhinə olduğunu bildirib.

O deyib ki, bu, regional sabitliyə və qonşular arasında həlim münasibətlərə xidmət etmir.