10 Oktyabr, 2008 - Published 09:57 GMT
Türkiyə hərbiyyəsi deyir ki, İraqın şimalında yerləşən kürd yaraqlıları yenidən raket atəşinə tutulublar.
Sözçü bildirib ki, dünən gecə başlayan əməliyyat nəticəsində çox sayda PKK üsyançısı həlak olub.
Bu günlərdə Türkiyə parlamenti silahlı qüvvələrin mandatını uzadıb.
Son həftə ərzində üsyançıların hücumu nəticəsində 20-dən çox adam həlak olub.
Türkiyə İraqın şimalındakı kürd üsyançılarına qarşı silsilə hücumları həyata keçirib.