10 Oktyabr, 2008 - Published 11:29 GMT
Fransanın xarici işlər naziri Bernard Kouchner Rusiyanın atəşkəs sövdələşməsinə əməl etməsinə ehtiyatla yanaşdığını deyib.
Bu sövdələşmə Gürcüstanın Cənubi Ossetiya və Abxaziya regionları ətrafındakı bufer zonasından qoşunların çıxarılması ilə bağlıdır.
Avropa İttifaqının regiona səfərdə olan müşahidəçiləri ilə birgə səyahət edən cənab Kouchner deyib ki, Rusiya Fransanın vasitəçilik etdiyi sövdələşməyə qismən əməl edib.
Gürcüstanın hakim dairələri bildiriblər ki, Rusiyanın hökumət qüvvələri hələ də üç mövqeyə nəzarət edirlər.
Bu mövqelər avqust ayındakı müharibədən əvvəl onların nəzarətində deyildi.
Cənab Kouchner orada gördükləri ilə bağlı mətbuat konfransı keçirəcək.