|
ABŞ-da radikal maliyyə planları gözlənilir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Amerika prezidenti Corc Buşun ölkənin maliyyə sisteminə müdaxilə etmək üçün radikal planlar elan edəcəyi gözlənilir.
Onun bazarlarda canlanmanı yaratmağa yönəlmiş daha öncəki təklifləri nəticə verməyib. Deyilənə görə, Amerikanın Maliyyə Nazirliyi ölkənin doqquz əsas bankında səhmləri almaq üçün 250 milyard dollar xərcləyəcək. ABŞ-nın son addımı Avropa hökumətlərinin eyni tədbirləri görməsinə təsadüf edib. BBC-nin Nyu Yorkdakı müxbiri deyir ki, bu təklif bank sisteminin qismən milliləşdirilməsinə bərabərdir. Bu isə Buş administrasiyasının yertidiyi siyasətin tam əksidir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||