|
Depardieu-nün aktyor oğlu 37 yaşında vəfat edib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Fransız aktyor Gerard Depardieu -nün oğlu 37 yaşında vəfat edib.
Aktyor olan Guillaume Depardieu Paris yaxınlığında sətəlcəmdən vəfat edib. O, bu xəstəliyə Rumıniyada film çəkilişləri zamanı tutulub. RTL radiosuna müsahibə verən film direktoru Alan Corneau aktyoru əla oğlan kimi təsvir edib. Corneau hər iki aktyoru 1991-ci ildə rejissorluq etdiyi Tous les Matins du Monde filmində çəkib. Bu film oğul Depardieu-nün peşəkar aktyor fəaliyyətinin başlanğıcı olub. 1996-cı ildə o, Fransanın ən nüfuzlu Cezar mükafatını qazanıb. Gənc ikən Guillaume Depardieu narkotik, spirtli içkilər və zorakılıq kimi problemlərlə üzləşib. 2003-cü ildə o, atası ilə ictimaiyyət qarşısında dava edərək ayrılmışdı. Həmin il onun sağ ayağı amputasiya edilmişdi. Buna səbəb onun 1996-cı ildə yol qəzasından sonra yoluxduğu bakteriyalı infeksiya nəticəsində illərlə davam edən ağrılar olmuşdu. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||