BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 14 Oktyabr, 2008 - Published 08:23 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Musiqi pərəstişkarları "kar olmaq" təhlükəsi ilə üzləşə bilərlər
 
CD oxudan
Qulaqcıqlarla musiqiyə ucadan qulaq asmaq qulaqlar üçün ziyandır
Qulaqcıqlarla musiqiyə ucadan qulaq asmaq qulaqlar üçün ziyandır

MP3 və CD oxudanları olan hər on nəfərdən biri daimi olaraq karlaşma təhlükəsi ilə üzləşə bilər. Bu nəticəyə Avropa İttifaqında aparılan araşdırma işi zamanı gəlinib.

Alimlər deyirlər ki, beş il ərzində hər gün musiqiyə bir saatdan çox ucadan qulaq asanların eşitmə qabiliyyəti ömürlük zədələnə bilər. Onlar bildirirlər ki, Avropa boyunca 10 milyon adam risqlə üzləşə bilər.

Təxminlərə əsasən, 50 ilə 100 milyon arasında adam gündəlik olaraq musiqiyə qulaq asır.

Avropa Komissiyası müstəqil komitəyə müraciət edərək araşdırma işi aparmağı xahiş edib. Buna səbəb gənclər arasında musiqi sevənlərin çox olmasıdır.

Adamların çoxu nəqliyyatın yaratdığı səs-küyü eşitməmək üçün musiqiyə ucadan qulaq asmağı xoşlayır.

Aİ-nın Yeni Təhlükələr üzrə Komitəsi belə nəticəyə gəlib ki, dinləyicilərin 5 ilə 10%-i təhlükə ilə üzləşə bilər. Bu isə təxminən 2.5-10 milyon adam deməkdir.

Aİ-nın rəsmisi Meqlena Kuneva bunları deyir: " Mən narahatam ki, çox sayda gənc şəxs özləri bilmədən də eşitmə qabiliyyətlərini təhlükə ilə üz-üzə qoya bilərlər"

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik