BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Oktyabr, 2008 - Published 10:40 GMT
 
Dostunuza göndərin   Çap versiyası
MP3 pleyerleri qulağınıza sağalmaz ziyan vura bilər
 
Musiqi və eşitmə
Şəxsi MP3 və ya CD pleyerdən mütəmadi istifadə edən və musiqiyə ucadan qulaq asan hər on nəfərdən birinin qulağına daimi ziyan dəyə bilər.

Tədqiqat Avropa İttifaqının sifarişi ilə aparılıb.

Alimlər deyirlər ki, beş il ərzində, gündə bir saatdan çox ucadan musiqiyə qulaq asanlarda eşitmə qabiliyyəti zəifləyə bilər.

Onlara əsasən, Avropada on milyona kimi gənc və uşaq bundan zərər çəkə bilər.

50 və 100 milyon arasında adamın hər gün şəxsi musiqi pleyerindən istifadə etdiyi düşünülür.

Avropa İttifaqının İstehlak Məsələləri Komissarı Meqlena Kuneva deyib:

"Mən narahatam ki, çoxlu uşaqlar özləri də bilmədən eşitmə qabiiyyətlərinə sağalmaz ziyan yetirirlər."

Ötən il Kral Karlar İnstitutu müəyyən edib ki, gənclərin yarıdan çoxu MP3 pleyerində musiqiyə normadan çox qulaq asırlar.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik