|
İraq səkkiz yeni neft yatağını tenderə çıxarır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İraqın neft naziri Hüseyn əl Şəhristani Londonda beynəlxalq şirkətlərlə İraqın neft istehsalını artırmaq məqsədilə gələcək
müqavilələr barədə danışıqlar aparır.
41 şirkət, o cümlədən böyük beynəlxalq konsernlər 8 neft yatağının işlənməsi üçün müsabiqədə iştirak edirlər. Bu neft yataqlarında İraqın neft ehtiyatlarının 40 faizi yatır. Dünyanın ən böyük neft ehtiyatları İraqda yerləşir. Bu ehtiyatın 100 milyard barrel həcmində olduğu təxmin edilir. Amma illərlə davam edən müharibə və beynəlxalq sanksiyalar neft sənayesini ağır vəziyyətə salıb. Təhlükəsizliklə bağlı vəziyyət normallaşdıqca İraq hökuməti ölkəyə xarici şirkətləri cəlb etməyə çalışır ki, növbəti beş il ərzində neft hasilatı gündə 2.5 milyon bareldən 4.5 milyona barelə qalxa bilsin. İraq hökuməti sövdələşmələrin gələn ilin ortasına kimi imzalanmasını istəyir. İraqlı nümayəndə heyəti şirkətlərə coğrafi məlumatları və sazişlərin maliyyə şərtlərini təqdim edəcək. Amma tender prosesi yeni arqumentlərin səslənməsinə səbəb olub. Bəzilərinin fikrincə, 2003-cü ildə Səddam Hüseynin devrilməsinə gətirən Amerikanın başçılıq etdiyi işğal əslində İraqın neft ehtiyatlarına geniş çıxış imkanı məqsədini daşıyıb. Son prosesdə müzakirə obyekti olan iki neft yatağını müətəxəssislər İraq tacının ən böyük daş-qaşları kimi təsvir edirlər. Tenderdə qalib gələnlər milyardlarla dollar gəlir əldə edə bilər. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||