BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Oktyabr, 2008 - Published 14:45 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Avropa İttifaqı Özbəkistan üzərindəki sanksiyaları yumşaldıb
 
Kərimov
İslam Kərimov
Avropa İttifaqı Özbəkistan rəsmilərinin səyahətlərinə qadağanı aradan qaldırıb.

Bu rəsmilər Əndican hadisələri zamanı dinc əhaliyə qarşı ölümlərə səbəb olan güc işlətməkdə günahlandırılırdılar.

Aİ-nin Şurası deyib ki, viza məhdudiyyətlərinin qaldırılmasına səbəb Özbəkistanda qanunun aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş irəliləyişlərdir.

Buna nümunə kimi, insan haqları müdafiəçisi Muxtabar Tocibayevanın azad edilməsi göstərilir.

Lakin Şura hələ də Özbəkistanın bəzi yerlərində insan haqlarının vəziyyətindən narahatlıq ifadə edir. Buna görə də, silah embarqosunun müddəti daha 12 ay uzadılıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik