BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 13 Oktyabr, 2008 - Published 16:35 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Fransa Aİ-Rusiya danışıqlarını hələki bərpa etməməyi məsləhət görür
 
Aİ-Gürcüstan
Avropa İttifaqı müşahidəçiləri Gürcüstanda
Fransanın xarici işlər naziri Bernard Kuşner Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə deyib ki, Moskva ilə yeni strateji əməkdaşlığa dair danışıqlara başlamaq hələ tezdir.

Bernard Kuşner İttifaqın xarici işlər nazirlərinə Gürcüstana ötən həftə etdiyi səfərin nəticələri barədə məlumat verib.
O deyib ki, altı hissəlik atəşkəs sazişinin hələki yalnız 2 və ya 3 hissəsi yerinə yetirilib.

Çərşənbə günü Avropa İttifaqının dövlət başçılarının zirvəgörüşündə məsələ yenə də müzakirə ediləcək.

Bundan sonra Rusiyanın, Abxaziya və C.Osetiya ətrafındakı ərazilərdən öz qoşunlarını çıxarmaqla atəşkəs sazişinə əməl edib-etməməsi haqda qərar çıxarılacaq.

Almaniya və Fransa Rusiya ilə danışıqların bərpasına meyllidirlər. Lakin Britaniya və İsveç hələki gözləməyə üstünlük verirlər.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik