|
Müxalifət seçiciləri səsverməyə getməməyə çağırır
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Azərbaycanda prezident seçkilərinə 3 gün qalmış əksər müxalifət partiyaları seçiciləri səsverməyə getməməyə çağırıb.
Onların bu addımı həm hakimiyyət, həm də prezidentliyə digər namizədlər tərəfindən mənfi qarşılanır. Müxalifət isə bildirir ki, seçkilərin total boykotu artıq indidən nəticəsi bəlli olan səsverməyə etirazı nümayiş etdirəcək. Azərbaycanda prezident seçkilərini boykot edən müxalifət partiyaları və ictimai birliklərin cəmləşdiyi Müxalifətin Əməkdaşlıq Mərkəzi bütün seçiciləri səsvermədə iştirak etməməyə çağırıb. Bu mərkəzə əsas müxalifət partiyaları olan Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Liberal və s. kimi partiyalar, Eldar Namazovun rəhbərlik etdiyi Azərbaycan Naminə İctimai Forum daxildir. Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimlinin sözlərinə görə, seçicilər nəticəsi artıq indidən bəlli olan seçkiyə etirazlarını bu cür bildirə bilərlər. Bəs, seçicilər bu çağırışı necə qiymətləndirirlər? Ümumiyyətlə, seçkiyə ictimai marağın hansı səviyyədə olduğunu öyrənmək üçün bir qisim Bakı sakininə müraciət etdik. “Mənim seçkidə iştiraka marağım yoxdur. Onsuz da əvvəlki qaydada keçirəcəklər.” “Boykot taktikasını bəyənmirəm, seçkiyə gedib İlham Əliyevə səs verəcəyəm”. “Seçkidə iştirak ettməyəcəyəm, ümumiyyətlə, hesab edirəm ki, seçki qutusunun adını dəyişib “sehrli qutu” qoymalıdırlar. Çünki nə qədər müxalifətə səs versən də, ordan iqtidarın adı çıxır.”
Müxalifətin seçkini boykot çağırışları prezidentliyə namizədlər tərəfindən birmənalı qarşılanmır. Namizədlərdən – Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyir ki, hər kəs belə həlledici məqamda vətəndaş mövqeyini ortaya qoymalıdır. Seçkidə İlham Əliyevin vəkili – Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova isə bildirir ki, müxalifətin hər hansı çağırışından asılı olmayaraq, seçicilər səs vermək kimi konstitusion hüquqlarını reallaşdıracaqlar. Müxalifət partiyaları səsvermə gününə qədər hər hansı bir ictimai aksiya planlaşdırmır. Bununla yanaşı, səsvermə günündən sonra – oktyabrın 18-də mitinq keçirmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət
edilib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||