|
Avropa liderləri maliyyə böhranını müzakirə edir
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bu gün Parisdə 15 avrozona liderləri görüşərək maliyyə böhranına birgə yanaşma yollarını müzakirə edəcəklər.
Fransanın maliyyə naziri bildirib ki, onların görüşündə Böyük 7-lərin razılaşdığı 5 mərhələləi həll planının icrası məsələləri müzakirə ediləcək. Nazir Kristina Laqard deyib ki, sammit, planın "skeleti" üzərinə bir qədər "ət" qoyacaq. Bir qədər əvvəl isə Beynəlxalq Valyuta Fondu dünya maliyyə sisteminin sistematik "ərimə" prosesində olduğunu bildirmişdi. Fondun rəhbəri Dominik Ştraus Kan deyib ki, zəngin dövlətlər inamı bərpa etməyə müvəffəq olmayıblar. O, Böyük 7-lərin yeni planını təqdim edib və deyib ki, BVF hədsiz ehtiyac içərisində olan ölkələrə kredit ayıra bilər. Fransa, Almaniya və İtaliya artıq Böyük 7-lərin cümə günü razılaşdırdıqları bəzi əsas məqsədləri alqışlayıblar. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||