 |
|
| Sara Palin və onun əri Todd Palin |
Amerikada Alyaska Ştatının qanunverici orqanı üçün hazırlanmış bir müstəqil hesabatda deyilir ki, ştatın qubernatoru Sara
Palin vaxtı ilə yüksək rütbəli bir rəsmini işdən kənarlaşdırarkən səlahiyətlərindən sui-istifadə edib.
Amerikanın vitse-prezidenti vəzifəsinə hazırda Respublikaçıların namizədi olan Sara Palin Alyaskanın hüquq-mühafizə orqanlarının
rəhbəri Volter Moneqanı (Walter Monegan) işdən azad edərkən özünün şəxsi maraqlarından çıxış etməkdə ittiham edilir.
Hesabatda deyilir ki, ailə zəminində ortalıqda olan kin cənab Moneqanın işdən çıxarılmasında yeganə səbəb olmasa da, çox guman
ki, mühüm amillərdən biri olub. Sara Palin bu iradları rədd edir.
İlk baxışda bu hesabat Con Makkeyn-Sara Palin (MacCane-Palin) cütlüyünün seçkiqabağı kampaniyasına böyük bir ziyanvurucu amil
kimi görünür, çünki bu vaxtadək onların hər ikisi seçicilərlə görüşlərdə hökümət işində vəzifə səlahiyyətlərindən sui-istifadə
etmədiklərində əmin edirdirlər. Lakin Sara Palin vitse-prezident vəzifəsinə namizəd olandan sonra Con Makkeynin komandası
Alyaskanın qubernatoru Sara Palinin işinə dair təhqiqatın əsassızlığını sübuta yetirmək üçün fəal iş görürdü.
Müxtəlif mətbuat-konfransları zamanı, vebsaytlar, çıxışlar və nitqlərində, Respublikaçıların seçki təşviqartçıalrı Demokratların
namizədi Barak Obamanın tərəfdarlarını adi qeyri-siyasi bir məsələni qubernator Sara Palinə kölgə atmaq və seçkilərin istiqamətini
dəyişmək məqsədilə sırf qərəzli məsələyə çevirməkdə günahlandırmışlar.
|