|
Corc Buş qlobal tədbirlərə çağırıb
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dünyanın inkişaf etmiş 7 ölkəsinin maliyyə nazirləri ilə bügünkü görüşdən sonra çıxış edən Amerika prezidenti Corc Buş deyib
ki, ciddi qlobal böhran ciddi qlobal tədbirlərin görülməsini tələb edir.
G7 ölkələrinin maliyyə nazirləri və bank rəhbərləri maliyyə böhranından çıxmaq yollarını müzakirə etmək üçün Vaşinqtonda görüş keçiriblər. Görüşün nəticəsində G7 qrupu təcili və fövqəladə tədbirlərin görülməsini təsdiq edən bir qətnamə ilə çıxış edib. Bu qətnamədə söhbət maliyyə bazarlarını sabitləşdirmək və kreditlər axınını bərpak etmək üçün birgə əməli planın həyata keçirilməsindən gedir. Prezident Buş deyib ki, G7 dövlətləri birgə əməli addımlar atmalı və kreditlərin ayrılması prosesini bərpa etməlidirlər.
Onun sözlərinə görə, "dünyanın inkişaf etmiş 7 ölkəsi mühüm maliyyə qurumlarına mütəmadi dəstək göstərmək və onların süqutunun qarşısını almaq üçün qətiyyətli birgə tədbirlər görmək qərarına gəlib. Bank əmanətlərinə birmənalı və inamlı şəkildə zəmanət verilməlidir, maliyyə qurumlarına isə lazım olan kapitalı toplamaq üçün şərait yaradılmalıdır". Corc Buş deyib:"Biz kreditlərin ayrılmasını bərpa etmək, ipoteka kreditləri bazarlarının yenidən fəaliyyətə başlaması üçün qəti və əsaslı tədbirləri həyata keçirmək razılığına gəlmişik." Onun sözlərinə görə, bu istiqamətdə bütün ölkələrin birgə işləməsi mühüm əhəmiyyət kəsb edir: "Bu planı həyata keçirərkən əmin olmaq lazımdır ki, bir ölkənin tədbirləri başqa ölkə və ya ölkələrin tədbirlərinə zidd deyil və bu tədbirləri pozmur. Bizim biri-birimizdən asılı olduğumuz bu qlobal dünyada heç bir ölkə başqa ölkənin maraqlarının basılması hesabına qazana bilməyəcək. Biz hamımız bu böhranlı vəziyyətdəyik. Və bu böhranlı vəziyyətdən də hamılıqla, birgə səylərlə çıxmalıyıq". |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||