BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 09 Oktyabr, 2008 - Published 13:17 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Kürd separatçılarına qarşı yeni tədbirlər
 
Şəhidlər
Dünən kürd yaraqlıları polis avtobusuna hücum zamanı 5 nəfəri qətlə yetiriblər
Türkiyənin siyasi və hərbi liderləri görüşərək kürd separatçı yaraqlılarına qarşı yeni tədbirləri müzakirə ediblər.

Mətbuatda yayılan xəbərlərə əsasən bu tədbirlərə üsyançı PKK qrupunun üzvləri olmaqda şübhəli bilinən şəxslərlə rəftarda təhlükəsizlik qüvvələrinə ayrılan səlahiyyətlərin genişləndirilməsi də daxildir.

Dünən kürd yaraqlıları Türkiyənin cənub-şərqində polis avtobusuna hücum zamanı 5 nəfəri qətlə yetiriblər.

Bir həftə əvvəl isə İraqın şimalındakı üsyançıların hücumu zamanı 17 türk əsgəri həlak olub.

Dünən parlament İraqdan fəaliyyət göstərən kürd üsyançıları əleyhinə hərbi əməliyyatlar üçün mandatın müddətini daha bir il müddətinə uzadıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik