05 Sentyabr, 2008 - Published 12:56 GMT
Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyənin xarici İşlər Naziri Əli Babacan, bu gün Fransanın Avignon məntəqəsində keçiriləcək Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri rəsmi iclasında iştrak edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən Əli Babacan Aİ xarici işlər nazirləriylə Gürcüstan və Qavqazda hadisələrin gedişiylə bağlı fikir mübadiləsi aparacaq.
Bu fikir mübadiləsi zamanı Türkəyinin irəli sürdüyü "Qafqazda sabitlik və əməkdaşlıq platformu" deyilən təşəbbüsünün və digər regional məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Aİ-nın iclası işini Şənbə günü bitirməyi planlaşdırır.