http://www.bbcazeri.com

04 Sentyabr, 2008 - Published 10:42 GMT

BP və Rusiya səhmdarları TNK-BP-yə dair razılaşdılar

TNK-BP şirkətinin səhmdarları olan, Britaniyanın BP və Rusiyanın AAP konsortsiumu arasındakı münaqişənin həllinə dair razılıq əldə edilib.

Cümə axşamı AAP-ın rəhbəri Sten Polovets xəbər verib ki, tərəflər qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb.

"İmzalanmış memoranduma əsasən, TNK-BP-nin müdirlər şurasında üç müstəqil müdir daxil olacaq. BP yeni, müstəqil baş icraçı müdirin namizədliyini təklif edəcək.

Bu şəxsi vəzifədə TNK-BP-nin müdirlər şurası yekdilliklə təsdiqləməlidir. Robert Dadli bu ilin sonuna kimi həmin vəzifədən istefa verməlidir."

Rus səhmdarlarının konsortsiumu olan AAP bu ilin yazında Britaniya BP-si ilə münaqişəyə girərək, Robert Dadlinin istefasını tələb etmişdi.

Rusiya səhmdarlarının fikrincə, Dadli, yalnız BP-nin maraqlarını qorumaqla məşğul idi.

Dadlinin özü hələ iyul ayında Rusiyanı tərk etmişdi.