BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 07 Sentyabr, 2008 - Published 11:29 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Dik Çeyni İtaliyada Qafqazı müzakirə edir
 
Dik Çeyni
Dik Çeyni avropalıları Rusiyanın enerji asılılığından qurtulmağa sövq edir
ABŞ-ın Vitse-Prezidenti Dik Çeyni Avropa və Vaşinqton arasında Gürcüstan böhranı ilə bağlı əməkdaşlığa dair çağırışlarını bir daha İtaliyada səsləndirib.

Bu məlumatı İtaliyanın Xarici İşlər Nazirliyi verib.

Nazir Franko Frattini bildirib ki, danışıqlar zamanı o və Çeyni Avropa və Birləşmiş Ştatlar arasında sıx əməkdaşlığa dair istəklərini izhar ediblər.

Məlumatı Associated Press agentliyi yayıb.

"Sıx əməkdaşlıq olmadan Qafqaz böhranı çözülə bilməz. Biz bu əməkdaşlığa nail olacağıq" - deyib cənab Frattini.

"AB-nin toplantısında Azərbaycan, Ermənistan, Gürcüstan da gəlsin"

Dik Çeyni və Franko Frattini həmçinin Avropa Birliyinin Rusiya neftindən asılılığını müzakirə ediblər.

Bu, ötən ay Rusiya və Gürcüstan arasında 5 gün davam edən vuruşmasından sonra yaranmış böhranda Avropa Birliyi üçün həlledici faktordur.

Avropa Birliyi öz neft idxalının 30 faizini, qaz idxalının isə 40 faizə qədərini Rusiyadan alır.

Oktyabrda keçiriləcək toplantısı zamanı AB Rusiya enerjisindən asılılığı azaltmağın yollarını araşdıracaq.

Cənab Frattini bildirib ki, Dik Çeyni Gürcüstan, Ermənistan və Azərbaycanın da AB-nin oktyabrda keçiriləcək toplantısına dəvət edilməsini təklif edib.

Xarici işlər naziri bu təklifi alqışlayıb və onu hazrda AB-nin prezidentlk edən Fransaya çatdıracağını bildirib.

"Sivil standartların təhqiri"

Çeyninin İtaliyaya səfəri onun Gürcüstan, Ukrayna və Azərbaycana səfərinin bir hissəsidir.

Frattini ilə görüşlərdən sonra o, Romaya səfər edib.

Növbəti günlər ərzində o, yüksək rütbəli İtaliya rəsmilərilə, o cümlədən baş nazir Silvio Berluskoni ilə görüşəcək.

Qlobal siyasi və biznes liderlərinin konfransına ünvanladığı müraciətdə cənab Çeyni Rusiyanı kəskin tənqid edib.

O, Rusiyanın Gürcüstandakı hərəkətlərini "sivil standarların təhqiri" kimi qiymətləndirib.

Cənab Çeyni Qərb ölkələrini Rusiyanın öz dominant enerji təchizatçısı mövqeyindən istifadə etməsinə və bununla öz qonşularını qorxutmağa imkan verməməyə çağırıb.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik