BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Tomas Hammarberq Gürcüstan və Cənubi Osetiyada oldu
 
 Tomas Hammarberq
Tomas Hammarberq
Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Tomas Hammarberq Avqustun 22-dən 29-na qədər Rusiyanın Qavqaz regionunda və Gürcüstanda olub.

Tomas Hammarberq səfər çərçivəsində Vladiqavqaz, Sxinval, Qori, Tbilisi və Moskvaya baş çəkib.

Onun təbirincə, Cənubi Osetiya da insan haqlarıyla bağlı və humanitar məsələlər ciddi pozulub.

Tomas Hammarberq bunları 8 gün çəkən missiyasından sonra bildirib.

O, münaqişə nəticəsində regionda yaranmış vəziyyəti "humanitar fəalkət" kimi qiymətləndirib.

Onun qənaətincə, regionda humanitar vəziyyətin bərpası və insan haqlarının qorunması üçün bir sıra şərtlərə əməl olunmalıdır.

Söhbət 6 şərtdən ibarət plandan gedir.

Bunaların arasında münaqişə nəticəsində evlərini tərk etmiş insanlara qayıtmaq hüququnun təmin edilməsi, dağıdılmış evlərin bərpası, ehtiyacı olanlara yardımın göstərilməsi, qarətçilərin məsuliyətə cəlb edilməsi, müharibə əsirlərinin və qirovların azad edilsin.

C-b Hammarberq səfərinin nəticələri barədə Avropa Şurasına məruzə edib.

Onun tam həcmli həsabatı isə gələn həftə Sentyabrın 8-də işıq üzü görəcəyi deyilir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik