|
Respublikaçıların namizədi rəsmən təsdiqləndi
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Senator Con MakKeyn rəsmi olaraq Respublikaçılar partiyasının Amerikada qarşıda gələn prezident seçkilərində namizəd olmasına razılıq verib. Con MakKeyn 2-partiyalılığı vəd edir. Con MakKeyn vəd edib ki, seçiləcəyi təqdirdə Ağ Ev administrasiyasının tərkibinə yenidən baxaraq, hökümətin təşkilində 2 partiyalılıq əsasında qurulacaq. Partiya qurultayında o bildirib ki, qalib gələcəyi təqdirdə administrasiyasına demokratların nümayəndələrini və müstəqil xadimləri daxil etmək niyyətindədir. Con MakKeynin təbirincə, Vyetnam müharibəsinin veteranı kimi, o, müharibəyə nifrət edir. Lakin vurğuladı ki, o, keçmişlərdə İraqda qoşunların sayını artırmağın tərəfdarı olub, çünki buna ehtiyac olub. Öz nitqində c-b MakKein prezident Buşun adını cəmi bir dəfə çəkdi. Bəzi müşahidəçilər bunu Con Makkeynin özünü Corc Buşdan siyasi məsafədə saxlamaq niyyəti kimi qiymətləndiriblər. C-b McCainin nitqi müharibə əleyhinə etiraz edənlər tərəfindən dəfələrlə dayandırılıb. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||