BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 05 Sentyabr, 2008 - Published 11:34 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Ankara və Yerevanın "futbol diplomatiyası"
 
Ermənistan və Türkiyə prezidentləri
Ermənistan və Türkiyə prezidentləri
Türkiyə prezidenti Abdulla Gül Şənbə günü Ermənistan – Türkiyə futbol matçını izləmək üçün Yerevana gəlir.

Söhbət Türkiyə ilə Ermənistan yığmaları arasında futbol üzrə 2010-cu ilin Dünya Çempionatı çərçivəsində seçmə mərhələsinin matçından gedir.

Bu Türkiyə dövlət başçısının Ermənistana ilk səfəri olacaq.

Bu baxımnan, bir çox şərhlərdə, Abdulla Gülün Yerevana səfəri “tarixi” bir səfər kimi dəyərləndirilib.

1 əsr bundan əvvəl, Osmanlı imperiyası dövründə törədilmiş qətliyamlar nəticəsində, Ankara ilə Yerevan arasındsa münasibətlər uzun müddət mürəkkəb olub.

Tərəflər arasında dialoq nadir bir hala çevrilib.

Britaniyanın “Guardian” qəzetinin yazdığına görə, Abdula Gülün Yerevana səfəri bu kökləri 1 əsrlik tarixə gedən düşmənçiliyin aradan qaldırılmasına təkan verə bilər.

Güman edildiynə görə, Yerevana Şənbə günü 5000 minə qədər Türkiyəli azakeşlərin gələcəyi gözlənilir.

“Guardian” qəzeti bu hadisəni 1 əsrə yaxın nəsildən nəsilə keçən düşmənçiliyə son qoyulması istiqamətində atılmış “ilk ehtiyatlı addımlar” kimi qiymətləndirir.

Qəzet bu taktikaya “futbol diplomatiyası” adı verildiyini də qeyd edir.

Rəsmi Yerevan Türkiyəli azarkeşlərə vizaların veriləcəyinə təminat verib.

Bu arada, Ermənistan millətçiləri Türkiyə prezidentinin səfərinə etiraz nümayişləri keçirəcəklərini vəd ediblər.

Bu səbəbdən, onlar ilə Türkiyəli azarkeşlər arasında toqquşmaların baş verə biləcəyinindən narahtlıq artıb.

Məsələnin siyasi baxımnan həsas olduğuna görə, c-b Gül Yerevana gedəcəyini yalnız matça 3 gün qalmış rəsmən təsdiqləyib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik