BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə:
 
Dostunuza göndərin   Çap versiyası
Dik Çeyni Ukrayna liderləriylə görüşdü
 
 Dik Çeyni
Dik Çeyni
Dik Çeyni Ukrayna liderləriylə görüşdü.

ABŞ vitse-prezidenti Dik Çeyni deyib ki, Ukrayna hərbi işğaldan və hədələrdən qorxmadan yaşamalıdır.

O, bunu Kiyevdə Ukrayna liderləriylə danışıqlar zamanı Gürcüstandakı vəziyyəıti müzakirə etdikdən sonra bildirib.

C-b Çeyni eləcə də Ukraynanın NATOya daxil olmaq istəyini dəstəkləyib.

Bu arada Ukraynada Gürcüstan məsələsinə görə hakim koalisiya dağılıb.

Buna səbəb Ukrayna parlametində Rusiyanın Gürcüstana qarşı hərbi gücdən istifadə edilməsinə necə yanaşmaq barədə dickusiyaya zamanı yaranmış gərginlik olub.

Ukrayna eləcə də, ölkənin NATOya daxil olması məsələsində də parçalanıb.

Bu arada isə Moskva c-b Çeyninin bu işlərə qarışmasını kəskin tənqid edib

Kreml rəsmiləri bildiriblər ki, Dik Çeyninin Gürcüstanı dəstəkləməsi rəsmi Tbilisini daha "aqressiv iddialarla" çıxış etməyə sövq edir.

Rusiya eləcə də ABŞ hərbi gəmilərinin Gürcüstanın Potı limanına daxil olmasından razı qalmadığını bildirir.

Rusiya qoşunları Poti limanındakeşik çəkməkdədirlər.

ABŞ hərbi dəniz qüvvələri "Mount Whitney " göyərtəsində Amerika hərbi gəmisinin Gürcüstana 17 tonluq humanitar yardım çatdırdığını bildirib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik