|
BP və Rusiya səhmdarları TNK-BP-yə dair razılaşdılar
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
TNK-BP şirkətinin səhmdarları olan, Britaniyanın BP və Rusiyanın AAP konsortsiumu arasındakı münaqişənin həllinə dair razılıq
əldə edilib.
Cümə axşamı AAP-ın rəhbəri Sten Polovets xəbər verib ki, tərəflər qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb. "İmzalanmış memoranduma əsasən, TNK-BP-nin müdirlər şurasında üç müstəqil müdir daxil olacaq. BP yeni, müstəqil baş icraçı müdirin namizədliyini təklif edəcək. Bu şəxsi vəzifədə TNK-BP-nin müdirlər şurası yekdilliklə təsdiqləməlidir. Robert Dadli bu ilin sonuna kimi həmin vəzifədən istefa verməlidir." Rus səhmdarlarının konsortsiumu olan AAP bu ilin yazında Britaniya BP-si ilə münaqişəyə girərək, Robert Dadlinin istefasını tələb etmişdi. Rusiya səhmdarlarının fikrincə, Dadli, yalnız BP-nin maraqlarını qorumaqla məşğul idi. Dadlinin özü hələ iyul ayında Rusiyanı tərk etmişdi. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||