BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 04 Sentyabr, 2008 - Published 14:28 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Lavrov:"C.Osetiya və D. Qarabağ arasında paralel yoxdur"
 
Lavrov
Bu gün Moskvada toplaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirləri Rusiyanın Cənubi Osetiyadakı hərəkətlərini dəstəkləyən bəyanatla çıxış ediblər.

Rusiya, Belarus, Ermənistan və Mərkəzi Asiya ölkələrini birləşdirən bu hərbi-siyasi təşkilat habelə öz bəyanatında "Gürcüstanın hərbi hərəkətləriylə" bağlı dərin narahatlığını bildirib. Eyni zamanda nazirlərin görüşündən sonra çıxış edən Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib ki, Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə Dağlıq Qarabağ ətrafındakı vəziyyət arasında heç bir parallel yoxdur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin bu gün Moskvada qəbul etdikləri bəyanatın ümumi məğzini təşkilatda sədrlik edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan açıqlayıb:

"Cənubi Osetiyadakı hadisələrlə bağlı bəyanatda xarici işlər nazirləri problemlərin sülh yoluyla çözülməsinə çağırıblar. Nazirlər Rusiyanın bölgədə sülh və əməkdaşlıq istiqamətində fəal rolunu dəstəkləyiblər", deyib Ermənistanın xarici işlər naziri.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xarici işlər nazirlərinin bugünkü bəyanatında habelə bildirilir ki, "nazirlər gürcü tərəfinin dinc əhali arasında çoxsaylı qurbanlara, sülhməramlıların qətlinə, humanitar fəlakətə gətirşim hərbi hərəkətləriylə bağlı öz dərin narahatlığını bildirirlər".

Nazirlər habelə bəyan edirlər ki, Cənubi Osetiya hadisələri beynəlxalq münasibətlərdə ikili standartların nə qədər təhlükəli olduğunu göstərib və bu baxımdan nazirlər bütün dövlətlərə vəziyyətin qiymətləndirilməsinə obyektiv yanaşmağa çağırıblar.

Bəyanatın altında Rusiyanın xarici işlər naziri Serqey Lavrovun imzası var və o bu gün sözügedən sənəddən məmnun qaldığını bildirib:

"Bəyanatda düzgün vurğular edilir, burada bütün lazımi məqamlar göstərilib, Gürcüstanın Cənubi Osetiyaya qarşı hərəkətləri qəbuolunmazlığı göstərilib. Ümumən bütün suallara burada dəqiq cavablar verilir. Biz habelə məsələylə bağlı beynəlxalq təşkilatlarda uzlaşdırılmış şəkildə çıxış edəcəyimiz haqda razılığa gəlmişik", deyib Serqey Lavrov.

Rusiya mətbuatına görə, Moskva bu sənədin hazırlanmasında böyük səylər göstərib, beləki Rusiya keçən həftə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin bəyanatının təkrarlanmasını istəmirdi.

Xatırladaq ki, həmin bəyanatda Rusiya ümumən dəstək alsa da xüsusilə vurğulanmışdır ki, üzv ölkələr dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiqdilər. Bügünkü bəyanatda bu məqam xüsusilə vurğulanmır və bu bir sıra Rusiya şərhçilərinin zənnincə, təşkilat üzvlərinin bəzilərinin Cənubi Osetiya və Abxaziyanı tanıması pespespektivinə dəlalət edə bilər.

Hər halda, mətbuata görə, bu məqama müəyyən aydınlıq sabah gətirilə bilər. Cümə günü Moskvada Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının zirvə toplantısı keçiriləcək.

Bu gün isə Rusiyanın xarici işlər naziri Serqey Lavrov öz ölkəsinin Cənubi Osetiyadakı hadisələrdən sonra Qarabağ münaqişəsiylə bağlı mövqeyini açıb:

"Cənubi Osetiya və Abxaziyadakı vəziyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması arasında heç bir parallel yoxdur. Cənubi Osetiya və Abxaziyada Saakaşvili rejimi bütün danışıq formatlarını qırmağa çalışırdı, Qarabağla bağlı vəziyyət belə deyil.

Tərəflər Minsk qrupu həmsədrləri eqidası altındakı mexanizmdən çıxmır, burada danışıq prosesi gedir və bu proses çərçivəsində son nizamlanmanın böyük hissəsi uzlaşdırılıb.

Bir neçə qalmış problemlər üzrə isə iş davam edir", deyib Rusiyanın xarici işlər naziri Serqey Lavrov.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik