|
Dik Çeyni Gürcüstana "davamlı" dəstək ifadə edib
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Amerikanın vitse-prezidenti Dik Çeyni Tbilisidə olarkən, Gürcüstana güclü dəstək ifadə edib. O deyib ki, Gürcüstan ABŞ-ın
davamlı dəstəyinə və yardımına bel bağlaya bilər.
Cənab Çeyni əlavə edib ki, Rusiyanın bölgədəki hərəkətləri onun beynəlxalq partnyor kimi etibarlılığına şübhə yaradıb. Tbilisidə, Mixail Saakaşvili ilə keçirdiyi brifinqdə, ABŞ vitse-prezidenti deyib: "Qızılgül İnqilabından sonra, Amerika bu gənc və cəsur demokratik dövlətin köməyinə gəldi. Siz öz suveren ərazinizin işğalı və sərhədlərinizin zor yolu ilə dəyişdirilməsi istiqamətində qanunsuz, birtərəfli cəhdlə mübarizə apararkən, biz bunu yenə də edirik. Rusiyanın addımları onun niyyətləri və beynəlxalq partnyor kimi etibarlılığı barədə böyük şübhələr yaradır. Təkcə Gürcüstan yox, regionun hər yeri və əslində, beynəlxalq aləmdə." Vaşinqton Gürcüstana bir milyard dollar məbləğində yardım verəcəyini bəyan edib. Azərbaycan səfəri Azərbaycanda olarkən, cənab Çeyni ABŞ-ın regiondakı sabitlikdə dərin marağa malik olduğunu demişdi. Dik Çeyni Bakı danışıqlarının "Rusiyanın bu yaxınlarda Gürcüstana etdiyi hərbi müdaxilə fonunda baş tutduğunu" qeyd edərək, deyib ki, "Prezident Buş onu Azərbaycan xalqına və bütün regiona konkret bir ismarıcla göndərib: Amerikanın sizin rifahınız və təhlükəsizliyinizin təmin olmasında davamlı marağı var". Dik Çeyni Amerikanın enerji daşıyıcalırının nəqlində əlavə marşrutların yaradılması istiqamətində Azərbacanla əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Bu, onun sözlərinə görə, həm Azərbaycanın, həm bölgənin, həm də dünyanın enerji təhlükəsizliyinə cavab verərdi. Dik Çeyni qeyd edib ki, D.Qarabağ münaqişəsinin həlli indi heç zaman olmadığı kimi vacibdir. Onun fikrincə, münaqişənin çözülməsi regionda sülh və sabitliyi, o cümlədən Azərbaycanın təhlükəsizliyini bərqərar edər. Amerika, eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Qərb ölkələri ilə əməkdaşlığını alqışlayıb. O, deyib ki, Amerika qəti hesab edir ki, təbii sərvətlərin sərbəst nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş aparılmalıdır. Təcili ehtiyaclar Çərşənbə günü elan edilmiş Gürcüstana yardım paketi yalnız qaçqınların yeni yerlərdə yerləşdirilməsinə və Gürcüstanın infrastrukturunun yaxşılaşdırılmasına xərclənməlidir. Müxbirimiz deyir ki, Amerikanın və NATO müttəfiqlərinin Gürcüstana öz hərbiyyəsini yenidən silahlandırmağda nə işlər görə biləcəyi hələki aydın deyil. Paketi elan edərkən, ABŞ-ın Dövlət Katibi Kondoliza Rays "Amerikanın təcili ehtiyaclara cavab verdiyini" söyləmişdi. "Bizim və bütün azad dünyanın dəstəyilə demokratik Gürcüstan məhv olmayacaq, özünü yenidən quracaq və çiçəklənəcək." Rusiya prezidenti Dmitriy Medvedev ABŞ-ı Gürcüstana öz hərbi maşınını yaratmaqda yardımına görə tənqid edib. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||