BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 02 Sentyabr, 2008 - Published 02:26 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Avropa İttifaqı Rusiya ilə danışıqları təxirə salıb
 
Brüssel
Avropa İttifaqı liderləri Brüsseldə
Avropa İttifaqı ölkələrinin liderləri Rusiya ilə planlaşdırılan tərəfdaşlıq sazişinə dair danışıqların növbəti mərhələsini təxirə salıblar.

Bu qərar Moskvanın Gürcüstanda hərbi əməliyyatına cavab olaraq qəbul edilib.

Avropa İttifaqının Brüsseldə keçirilən fövqəladə sammitində Fransa prezidenti Nikolə Sarkozi deyib ki, əgər imzalanmış atəşkəs barədə sazişə uyğun olaraq Rusiya öz qoşunlarını Gürcüstandan çıxarmasa Avropa İttifaqı Rusiya ilə öz münasibətlərini təftiş etməli olacaq.

Rusiyanın Avropa İttifaqındakı nümayəndəsi Vladimir Çijov danışıqların təxirə salınmasını qeyri-məqbul siyasi siqnal kimi səciyyələndirib. Lakin o, yaranmış durumu həddən artıq şişirtmək istəmədiyini bildirib.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozo deyib ki, Avropa Şurasının sədri 6 bənddən ibarət planın tam icrasını təmin etmək üçün müvafiq səlahiyyətlər alıb. Bü məqsədlə Avropa Şurasının prezidenti Avropa Komissiyanın sədri ilə birgə sentyabrın 8-ndə Moskvaya gedəcək.

Xose Manuel Barrozo deyib ki, Rusiya qoşunları avqustun 7-nə qədər olan mövqelərə çəkilməsələr Rusiya ilə tərəfdaşlıq sazişinə dair danışıqlar təxirə salınacaq. Eyni zamanda o, bunu da deyib ki, Avropa İttifaqı Rusiya ilə konstruktiv və məsuliyyətli tərəfdaşlıq üçün çalışır.

Prezident Sarkozi gələn həftənin bazar ertəsi günü Moskvaya gedəcəyini bəyan edib.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik