|
“Moskva ilə əlaqələr Gürcüstandan qoşunların çıxarılmasından asılıdır”
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Avropa İttifaqının liderləri Rusiyanın ünvanına xəbərdarlıqla çıxış etmək qərarına gəliblər.
Brüsseldə İttifaqın növbədənkənar iclasında müzakirə edilən qərar layihəsində deyilir ki, Moskva ilə əlaqələr həll edici məqama çatıb və münasibətlərin inkişafı Gürcüstandan Rusiya qoşunları çıxarılmasından asılı olacaq. İclasdan əvvəl Avropa İttifaqının xarici siyasət üzrə komissarı Xavyer Solana Gürcüstana İttifaq müşahidəçilərinin göndəriləcəyini deyib. Cənab Solana bildirib ki, bu missiya Avropa İttifaqı vasitəsilə əldə olunmuş atəşkəsin yerinə yetirilməsinə nəzarət edəcək. O deyib ki, yüzlərlə müşahidəçinin bu missiyaya daxil ediləcəyinə və oktyabrın ortalarınadək, yəni, Avropa İttifaqı liderlərinin növbəti görüşünədək fəaliyyət göstərəcəyinə ümid edir. Moskva Abxaziya və Cənubi Osetiya ilə həmsərhəd bölgələrdə beynəlxalq polis qüvvələri tərkibində iştirak edəcəyini istisna etmir. Bununla yanaşı Avstraliya hökuməti bildirib ki, Gürcüstan hadisələri ilə bağlı Rusiya ilə nüvə yanacağı barədə sazişlərə yenidən baxmaq niyyətindədir. Moskva bu bəyanata münasibət bildirməyib. Avstraliyada istehsal edilən uran uğrunda Rusiya, Çin və Hindistan arasında rəqabət gedir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||