http://www.bbcazeri.com

25 Avqust, 2008 - Published 13:40 GMT

Dik Çeyni Azərbaycana və Gürcüstana səfər edəcək

Ağ Ev bəyan edib ki, Amerikanın Vitse-Prezidenti Dik Çeyni gələn ayın əvvəllərində Gürcüstana və Azərbaycana gələcək.

O, Gürcüstanda Prezident Mixail Saakaşvili ilə görüşəcək.

Müxbirlər deyir ki, bu səfər Vaşinqtonun Rusiya ilə münaqişədə Gürcüstana dəstəyi kimi izah olunur.

Cənab Çeyni həmçinin Ukraynaya səfər edəcək.

Bu arada isə, Rusiya Prezidenti Dmitri Medvedyev Moldovanı xəbərdar edib ki, Gürcüstanın səhvlərini təkrar etməsin.

O, deyib ki, Moldova separatçı Dnestryanı vilayəti almaq üçün Gürcüstan kimi silahdan istifadə etməməlidir.

O, eyni zamanda bildirib ki, münaqişənin həlli üçün yaxşı perspektiv var.

Dnestryanı region 1992-ci ildə Moldova hökumətindən ayrıldığını elan edib.

O, bildirib ki, Prezident Voroninlə görüşərək Dnestryanı regiona Moldova daxilində geniş muxtariyyət vermək barədə razılığa gəlib.