|
Respublikaçı MakKeyn seçkilərə Alyaskanın qubernatoru ilə gedəcək
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
44 yaşlı Sara Palin cəmi 2 il bundan əvvəl qubernator vəzifəsinə seçilibdir. O, Demokrat partiyasının namizədi Barak Obamadan 3 yaş kiçikdir. MakKeynin məhz Sara Palini seçməyi bir çoxları üçün gözlənilməz oldu. Xanım Palinin adı elan edilməzdən əvvəl bir neçə populyar və təcrübəli siyasətçinin adı çəkilirdi. Bir çoxlarının fikrincə, bu addımla senator MakKeyn ictimai diqqəti Demokrat partiyasının Denverdəki qurultayından yaymaq istəyir. Respublikaçı partiyasının nümayəndəsi Skott Rid bu addımı "güclü respublikaçı-islahatçının cəsarətli seçimi" adlandırıb. Sara Palin ifrat mühafizəkar baxışlara malikdir. O, abortlara qarşı çıxış edir. Xanım Palin ərdədir və onun 5 uşağı var. Onlardan biri Amerika ordusunda xidmət edir və sentyabr ayında İraqa yollanmalıdır. Gələn həftə Minnesota ştatının Sent-Pol şəhərində Respublikaçıların qurultayı keçiriləcək. Həmin qurultayda senator MakKeynin partiya tərəfindən rəsmən prezidentliyə namizəd seçiləcəyi gözlənilir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||