BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 27 Avqust, 2008 - Published 02:43 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Abxaziya ilə Osetiyanın tanınmasına görə Moskva tənqid olunur
 
Prezident Corc Buş
ATƏT Abxaziya və Cənubi Osetiyanın tanınmasına münasibət bildirməyə hazırlaşır ki, Rusiyaya qarşı geniş tənqid dalğası yaradıb.

Avropada Təhlükəsilzik və Əməkdaşlıq təşkilatı bu gün Abxaziya və Cənubi Osetiyanın tanınması barədə qərarı müzakirə edəcək ki, Rusiyaya qarşı geniş tənqid əks-sədası doğurub.

Prezident Buş Rusiyanın addımını məsuliyyətsiz adlandırıb.

Ağ Evin nümayəndəsi Tonni Fratto deyib ki, Moskva qeyri-rasional addımlar qəbul edir ki, onun təcrid olunmasını daha genişləndirəcək.

“İndiyədək biz bir neçə təəssüf doğuran addımlar gördük ki, rusiyanın təcridini genişləndirərək. Biz ümid edirik Moskva beynəlxlaq ictimaiyyətin çağırışlarına qulaq verərək bu cür qərarların uzunüməddətli perspektivdə mənfəətləri üçün ziyanlı olduğunu anlayacaq", - deyib Tonni Fratto.

Ağ Evlər yanaşı Rusiyanı Avropa İttifaqına sədrlik edən Fransanın nümyəndəsi tənqid edib. Fransanın Xarici İşlər naziri Bernar Kuşner deyib ki, qərar tanınmayacaq.

“Bu qərar Gürcüstan ərazi bütövülüyünə zidd olduğu üçün tanına bilməz. Biz müharibənin dayandırılması ilə Tbilisinin zəbt olunması və Saakaşvilinin devrilməsinin qarşısını aldıq", - deyib Bernar Kuşner.

Onun sölərinə görə 27 ölkənin sözü bir yerə qoyaraq indi növbəti addımları müzakirə etməlidirlər.

Rusiyanın tənqidə məruz qaldığı bir vaxtda Rusiya prezidenti deyib ki, Kosovoda olduğu kimi Abxaziya və Cənubi Osetiyanı tanımaqla bölgədə yaşayan əhalini qorumaq məqsədi qarşıya qoyulmuşdu.

“Bizim həmkarlarımız bir neçə dəfə Kosovonun xüsusi iş olduğunu bildirmişdilər. Hərçənd ki, biz Kosovo müstəqilliyinin tanınmasına heç bir əsas görmürdük ", - deyib öz qərarını Kosovo paralelləri əsasında izah edən Rusiya prezidenti.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik