BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 27 Avqust, 2008 - Published 13:09 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Azərbaycan kimin yanında olmalıdır?
 
Bakı
Gürcüstan üstündə Qərblə Rusiya arasında ixtilafın dərinləşməsi qonşu Azərbaycanda da gərgin izlənilir.

Bu günə kimi rəsmi Bakı təmkinki siyasət yürüdərək münaqişə içində olan tərəflərdən birini birmənalı dəstəkləyən və ya mühakimə edən bəyanat verməyib.

Bu isə siyasi dairələrdə birmənalı qarşılanmır.

Bəzi tənqidçilər deyir ki, bu cür qeyri-müəyyən siyasət son nəticə etibarilə ölkəyə xələl gətirə bilər və buna görə "Qərb yaxud Rusiya"seçimi tezliklə edilməlidir.

Beləliklə baş qaldıran Qərb-Rusiya qarşıdurmasında Azərbaycan kimin yanında olmalıdır?

Müsavat partiyasını baqşanı İsa Qəmbər hesab edir ki, yaranmış vəziyyəti dəyərləndirərək Azərbaycan alyansa qoşulmaq üçün müraciət etməlidir." Əks-halda ölkə öz müstəqilliyinin məhdudlaşdırılması perspektivi ilə üz-üzə qala bilər".

Amma hakimiyyət dairələrində diqqəti Azərbaycanın çox həssas regionda yerləşdiyinə və böyük dövlətlərlə əhatə olunduğuna yönəldirlər.

MM-in müdafiə və təhlükəsizlik komisisyasının üzvü Zahid Oruc praqmatik siyasətin tərəfdarıdır. O xatırladır ki, Ruisyanı cilovlamaq istəyən Qərb Azərbaycandan fərqli olaraq Rusiyadan uzaqda yerləşir.

"Onlar öz gəmilərini çəkib gedəcəklər, amma bizim itkilərimiz daha çox ola bilər".

Gürcüstanda hərbi münaqişə başlayandan bəri rəsmi Bakı "Gürcüstanın ərazi bötüvlüyünü dəstəkləyirik" bəyanatını verməklə kifayətlənib.

İsa Qəmbər hesab edir ki, starateji müttəfiq hesab olunan qonşu ölkənin varlıq probleminə belə soyuqqanlı reaksiya Azərbaycana yaxşı heç nə vəd etmir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik