BBCAzeri.com
Орыс Қызметі
Қырғыз Қызметі
Өзбек Қызметі
Әзірбайжан Қызметі
Түрік Қызметі
Араб Қызметі
 
Son yeniləmə: 26 Avqust, 2008 - Published 10:21 GMT
 
Dostunuza göndərin   Çap versiyası
Qırğızıstan təyyarə qəzasının qurbanlarını yad edir
 
Qırğızıstanda ötən bazar günü baş vermiş təyyarə qəzası ilə bağlı bu gün milli matəm günü keçirilir.

Təyyarənin göyərtəsində olan 90 adamdan 65 həlak olub, yalnız 25 qəzadan sağ çıxa bilib.

Xəbər verilri ki, sağ qalanlardan 4 nəfər artıq xəstəxanadan çıxıb. Daha 15 nəfər isə hələ də xəstəxanada qalır.

Paytaxt Bişkəkdə ölənlərin kimliliyinin müəyyən edilməsi davam edir.

Boinq -737 təyyarəsi göyə qaxdıqdan az sonra qəzaya uğramışdır. Təyyarə İrana uçuş həyata keçirirdi.

Qırğızıstan rəsmilərinin dediyinə görə, təyyarənin göyərtəsində 51 əcnəbi, o cümlədən, İran, Türkiyə, Çin və Kanada vətəndaşları var idi.

Həmçinin laynerdə ölkənin volleybol üzrə milli gənclər komandasının 17 üzvü var idi, onlardan 7 sağ qala biliblər.

Qəza nəticəsində təyyarənin tamamilə yandığı xəbər verilir.

Qəzanın səbələrini araşdırmq üçün Bişkəkə Rusiyanın aviasiya ekspertləri gəlib.

Qırğızıstan hakimiyyəti hadisənin terror aktı olması barədə ehtimalları rədd edib.

Qəzaya uğramış Boinq 1979-cu il istehsalı idi. Təyyarə, Qırğızıstanın İtek Air hava şirkətinə məxsus idi.

Avropa Birliyi həmin şirkətin təyyarələrinin lazımı təhlükəsizlik standartlarına cavab vermədiyini deyərək onlara öz hava məkanında uçuşlar həyata keçirməyi qadağan etmişdir.

 
 
SON XƏBƏRLƏR
 
 
Dostunuza göndərin   Çap versiyası
 
 
 
BBC Copyright Logo ^^ Səhifənin əvvəlinə qayıdın
 
  Ön səhifə | Hava | Proqramlar | Tezliklər
 
  BBC News >> | BBC Sport >> | BBC Weather >> | BBC World Service >> | Learning English >>
 
  Kömək | Bizimlə əlaqə saxlayın| Anonimlik